UEFA Çempionlar Liqasının ən sürətli oyunçusu açıqlandı

"Borussiya Dortmund"un cinah oyunçusu Kərim Adeyemi ötənilki UEFA Çempionlar Liqasının ən sürətli oyunçusu olub.

hakimiyyet.az xəbər verir ki, bu barədə UEFA-nın saytında dərc olunmuş texniki hesabatda bildirilir.

Qeyd olunur ki, 22 yaşlı alman futbolçu ötən mövsüm ən yaxşı sürəti göstərib.

"Real Madrid"lə turnirin final oyununda Adeyemi 37,8 km/saata sürətlə qaçıb. İkinci ən sürətli oyunçu PSJ-nin müdafiəçisi Nuno Mendes olub - onun göstəricisi 37,2 km/saat olub.

İlk üçlüyü 36,1 km/saat sürətlə Paris klubunun keçmiş forvardı, hazırda isə Real Madridin futbolçusu Kilian Mbappe tamamlayıb.

Adeyemi bu mövsüm Almaniya klubunda 5 matçda iştirak edib, 2 qol vurub və bir məhsuldar ötürmə edib.

0.049718141555786