Türkiyənin Tarsus-Adana-Qaziantep (TAG) avtomobil yolunun Osmaniye-Qaziantep arasındakı hissəsində idarəetmədən çıxan tur avtobusu aşıb.
hakimiyyet.az bu barədə Haber Global-a istinadən məlumat verir.
Qorxunc qəzada yaralanan 20 nəfər xəstəxanaya aparılıb.
Qəzaya sürücünün sükan idarəetməsini itirməsi səbəb olub. Hadisə nəticəsində o da yaralananlar arasındadır.
İnsidentin detalları araşdırılır.