"Təl-Əvivin Livandakı peycer partlayışları ilə əlaqəsi yoxdur".
hakimiyyet.az xəbər verir ki, bunu İsrail prezidenti İsxak Hersoq "Sky News" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Təl-Əviv Livanla müharibə etmək istəmədiyi üçün bu cinayətdə iştirak etmir. Hersoq aydınlaşdırıb ki, "Hizbullah" hərəkatında bunu edə biləcək çoxlu bədxahlar var.
"Livan terror təşkilatının və bununla yanaşı "Hizbullah"ın siyasi partiyasının girovuna çevrilib", - yəhudi dövlətinin başçısı deyib.
İsrailin İrana raket hücumu ilə bağlı prezident qeyd edib ki, Təl-Əviv öz xalqını müdafiə edəcək və hər cür təhlükəni aradan qaldıracaq.