Britaniyanın baş naziri yeni pişiyini göstərdi

Böyük Britaniyanın baş naziri Kir Starmer Şahzadə adlı yeni pişik balasının ilk fotosunu nümayiş etdirib.

hakimiyyet.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Heyvanın Sibir cinsindən olduğu bildirilir.

Starmer alman ovmarkası almaq istəyən uşaqları ilə "qızğın danışıqlardan" sonra pişik balası almağa qərar verib.

Qeyd edək ki, Dauninq-stritin baş siçan tutanı 17 yaşlı pişik Larridir.

0.060383796691895