Kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikən şəxslərin çıxarış problemi vətəndaşları narahat edən mövzulardan biridir.
Xezerxeber.az-ın məlumatına görə, bu kimi hallarda isə vətəndaşlara torpağın təyinatının dəyişdirilməsi tövsiyə olunur.
Bəs vətəndaşlar bunun üçün nə etməlidirlər?
Ancaq torpağın təyinatını dəyişdirmək heç də hər istənilən halda mümkün olmur. Torpağın təyinatını dəyişdirməyə icazə o halda verilir ki, həmin ərazidə artıq qəsəbə, yaşayış evləri salınıb, demoqrafik proseslərlə əlaqədar yeni evin tikintisinə zərurət var.
Ekspert bildirib ki, ümumiyyətlə, torpağın təyinatını dəyişdirmək hazırda olduqca mürəkkəb prosesdir. Ona görə də vətəndaşlar, xüsusilə, ev tikmək üçün torpaq alarkən bu təyinata uyğun olduğuna xüsusi diqqət etməlidirlər.
Ətraflı süjetdə:
Torpağın təyinatı hansı halda dəyişdirilə bilər?