Rusiyada məşhur aparıcının məzarı dağıdıldı

Rusiyanın paytaxtı Moskvanın Novodeviçye qəbiristanlığında naməlum şəxs məşhur teleaparıcı Aleksandr Maslyakovun məzarını dağıdıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunub ki, kişi məzarlığa gələrək xaçı yerindən qoparıb, çiçəkləri ətrafa atıb və şəkillərin yerini dəyişib.

Məlumata görə, mühafizəçilər naməlum şəxsi qəbiristanlığın ərazisindən çıxarıblar və o, tezliklə hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil veriləcək.

Xatırladaq ki, Aleksandr Maslyakov 2024-cü il sentyabrın 8-də vəfat edib. Aprel ayında Maslyakovun ağciyərində cərrahi əməliyyata uyğun olmayan şişə görə dəstəkləyici müalicə aldığı bildirilirdi. Teleaparıcının səhhətində problemlər 2022-ci ildə koronavirusa yoluxduqdan sonra başlayıb.

0.10462784767151