Əvvəlcə stadionu yandırdılar, sonra futbolçuların paltardəyişmə otağına hücum çəkdilər

Serbiya Superliqasının 9-cu turunda "Srvena Zvezda" və "Partizan" arasında keçirilən Belqrad derbisində xoşagəlməz hal yaşanıb.

hakimiyyet.az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri 0:4 hesabı ilə uduzduqları oyundan sonra qonaq komandanın paltardəyişmə otağına hücum çəkib.

Tərəfdarlar rəqib baş məşqçi Aleksandr Stanoyeviçə ciddi xəsarət yetiriblər. Çalışdırıcı matçdan sonrakı mətbuat konfransına üzündə sarğılarla qatılıb.

Xatırladaq ki, ötən gün "Partizan"ın ev oyunlarını keçirdiyi arenada naməlum şəxslər yanğın törədiblər.

Buna baxmayaraq, oyunu təşkil etmək mümkün olub. Amma qarşılaşmanın nəticəsi yerli fanatları qəzəbləndirib.

Bir neçə ildir əzəli rəqibi üzərində böyük üstünlük quran "Srvena Zvezda" 4:0 hesablı qələbə qazanaraq çempionluq yarışında rəqibi ilə xal fərqini bir az da artırıb.

0.047997951507568