Bosniyanın Foça şəhərinin "Sutjeska" basketbol klubu kirayə qiymətlərinin yüksək olması səbəbindən futbolçusunu həbsxanaya yerləşdirib.
hakimiyyet.az xəbər verir ki, bu barədə "Basket News" məlumat yayıb.
İdmançının adı açıqlanmayıb. Bildirilib ki, klub şəhərdə uyğun mənzil tapa bilmədiyi üçün əvvəlcə üç basketbolçunu həbsxanaya salmaq istəyib. Klub nümayəndələri onlara yaşayış icazəsi almaq üçün Foça həbsxanasının rəhbəri ilə əlaqə saxlayıblar.
"Şəhərimizdə kirayə qiymətlərinin yüksək olduğu bir dövrdə bu dəstək klubun işini xeyli asanlaşdıracaq və onun gələcək inkişafına töhfə verəcək", - bəyanatda deyilir.