Üçaylıq Lalənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə hakimiyyet.az-a onun anası Aynur Atakişiyeva məlumat verib.
O bildirib ki, övladı anadangəlmə spina bifida xəstəliyindən əziyyət çəkir.
"Lalə üçaylıqdır. Mən hamilə olarkən onun belə bir xəstəlikdən əziyyət çəkdiyini bilməmişik. Doğulduğu ilk gündən həkim nəzarəti və müayinəsindədir. Lalə əməliyyat olunmalıdır. Biz Türkiyədə yerləşən xəstəxanalardan biri ilə əlaqə saxlamışıq. Onlar bu əməliyyat üçün bizdən 5 000 manat tələb ediblər".
Gənc ana övladının əməliyyatı üçün dəstəyə ehtiyacları olduğunu deyib.
"Əməliyyat üçün lazım olan məbləğin 3 500 manatını toplaya bilmişik, amma hələ 1 500 manatımız çatmır. İnanın, bu məbləği qarşılamaq bizim üçün bu dəqiqə imkansızdır. Yardımsevər şəxslərdən bizə dəstək olmağı, bu çətin dövrdə bizim yanımızda olmağı xahiş edirik".
Ailə ilə əlaqə: (070) 303-64-91.
"Unibank": 5243 7544 4711 1681.