Avropada canavar ovu başlanır

Avropada canavarlar vurulacaq. Bu qərarı Avropa Komissiyasının sədri Ursula fon der Lyayen müdafiə edib.

hakimiyyet.az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.

Aİ-nin 27 ölkəsinin daimi səfirləri canavarların mühafizə statusunun azaldılmasına səs verib.

Bildirilib ki, canavarlar Almaniyada, xüsusən də Saksoniya və Bavariyadakı çobanlar üçün ciddi problemə çevrilib.

"Əgər müəyyən bölgələrdə bir növ artıq nəsli kəsilmək təhlükəsi altında deyilsə, biz canavarlarla fərqli davranmalı və onları ovlamalıyıq", - fon der Lyayen bildirib.

0.088443040847778