Hündürlükdən yıxılan şəxs xəstəxanada öldü

Saatlıda hündürlükdən yıxılan şəxs xəstəxanada ölüb.

APA-nın məlumatına görə, 5 gün əvvəl Saatlı rayonunun Sarıcalar kənd sakini, 1964-cü il təvəllüdlü Ələsgər Yusif oğlu Əsgərov qardaşının həyətində iş görərkən hündürlükdən yıxılıb.

Komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Ə.Əsgərov bu gün səhər saatlarında dünyasını dəyişib.

0.074837207794189