Ağır xəstəlikdən əziyyət çəkən Röyalın anası: "Ona nəsə olsa, ana kəlməsinə həsrət qalaram"

17 yaşlı Röyalın dəstəyə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Gülbahar Əsgərova məlumat verib.

O bildirib ki, övladı beta-talassemiya xəstəliyindən əziyyət çəkir:

"Röyal bir müddət əvvəl vərəmli meningitlə xəstələnib, nəticədə görmə qabiliyyətini itirib. O, həm də beta-talassemiya xəstəliyindən əziyyət çəkir. Ayda iki dəfə ona qan köçürülür, müxtəlif ağır dərmanlar istifadə edir. Son iki gündə Röyalın vəziyyəti lap ağırlaşdığı üçün onu iki gündür xəstəxanaya gətirmişik. Hazırda Röyala biri 280 manat olan üç sistem köçürülməlidir".

Ağır xəstəlikdən əziyyət çəkən Röyalın anası: "Ona nəsə olsa, ana kəlməsinə həsrət qalaram"

Ağır xəstəlikdən əziyyət çəkən Röyalın anası: "Ona nəsə olsa, ana kəlməsinə həsrət qalaram"

Gülbahar Əsgərova Röyalın onun yeganə övladı olduğunu deyib:

"Röyalın müalicəsi üçün aylıq 1 000-1 200 manata ehtiyacımız olur. Borc-xərc, dost-tanışın köməyi ilə bunu edə bilirik bir təhər. Röyal mənim yeganə övladımdır, ondan başqa heç bir övladım yoxdur. Özüm çox ağır əməliyyat keçirmişəm, buna görə də ikinci dəfə ana ola bilməyəcəyəm. Röyal mənim tək ümid yerimdir, ondan başqa pənahım yoxdur. Ona nəsə olsa, mən ana kəlməsinə həsrət qalaram. Yardımsevər şəxslərdən bizə dəstək, övladımı bu çətin vəziyyətdən xilas etməyim üçün yanımda olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 486-20-09.

Kapital Bank: 4169 7385 3638 0284.

0.049477815628052