FIFA Argentina millisinin golkiperinə sanksiya tətbiq edəcək

Argentina millisinin qolkiperi Emiliano Martinez Beynəlxalq Futbol Federasiyasının (FIFA) qəzəbinə tuş gəlib.

hakimiyyet.az xəbər verir ki, İngiltərənin "Aston Villa" klubunun da qapısını qoruyan Emiliano Martinez Argentina seçməsi ilə iki oyunda meydana çıxa bilməyəcək.

FIFA qapıçını final görüşündən sonra kubokla etdiyi qeyri-etik hərəkətə görə cəzalandırıb.

Qeyd edək ki, Emiliano Martinez 2026-cı il dünya çempionatının Cənubi Amerika seçmə mərhələsinin Venesuela və Boliviya milliləri ilə keçiriləcək matçlarında Argentina komandasına kömək edə bilməyəcək.

0.058384895324707