Okan Buruk rekordun bir addımlığında

Bu mövsüm Türkiyə Super Liqası və UEFA Avropa Liqasında məğlubiyyət üzü görməyən "Qalatasaray"ın baş məşqçisi Okan Buruk daha bir rekorda imza ata bilər.

hakimiyyet.az Sporx.com-a istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı Frank Raykaardın 2009/10 mövsümündə Super Liqanın başlanğıcındakı ilk altı oyunda altı qələbə seriyasını təkrarlayıb.

Okan Buruk bugünkü "Kasımpaşa" matçında qalib gələcəyi təqdirdə "Qalatasaray" klubunun tarixinə adını yazdıracaq.

Belə ki, o, ilk yeddi oyunda yeddi qələbə qazanmış olacaq. Bu isə "Qalatasaray" klubunun tarixində bir ilk olacaq.

Qeyd edək ki, Okan Buruk ötən 2023/24 mövsümündə "Qalatasaray" ilə 102 xal toplayaraq Türkiyə Super Liqasının çempionluğunu qazanıb. Bu isə Türkiyə futbolu tarixində bir ilk olub.

0.044443130493164