İngiltərə Premyer Liqasının altıncı turunda "Nyukasl Yunayted"lə qarşılaşan "Mançester Siti" xal itkisi ilə üzləşib.
hakimiyyet.az xəbər verir ki, 35-ci dəqiqədə Qvardiol hesabı açıb - 1:0. Fasilədən sonra toparlanan meydan sahibləri hesaba tarazlıq gətiriblər. 57-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Entoni Qordon komandasını məğlubiyyətdən xilas edib - 1:1.
Qeyd edək ki, hazırda aktivində 14 xalı olan "Mançester Siti" turnir cədvəlinə liderlik edir. "Nyukasl Yunayted" 11 xalla ilk 5-i tamamlayır.