Tailand hakimiyyəti vətəndaşlara pul paylamağa başladı

Tailand hakimiyyəti 2023-cü ildə hakim "Phıa Thai" partiyasının seçki proqramının bəndlərindən biri olan "Rəqəmsal pulqabı" proqramının həyata keçirilməsinin ilk günündə 3 milyon vətəndaşa 10 min bat (təxminən 300 dollar) ödəyib.

hakimiyyet.az xəbər verir ki, bu barədə "Khaosod" qəzeti məlumat yayıb.

Prioritet olaraq pul ilk növbədə əhalinin həssas təbəqələrinə, əlillərə və sosial təminat kartı sahiblərinə köçürüləcək. Beləliklə, sentyabrın sonuna kimi ümumilikdə 14.5 milyon insan öz ödənişlərini alacaq. Bundan əlavə, sonrakı mərhələlərdə vəsaitlərin proqramda qeydiyyatdan keçmiş daha 26 milyon nəfər arasında bölüşdürülməsi gözlənilir.

Tailand hökuməti "Rəqəmsal pulqabı" proqramını iqtisadiyyatı stimullaşdırmaq, ölkənin hər bir bölgəsində pul dövriyyəsini təşviq etmək və həssas qruplara yardım göstərmək üçün bir tədbir kimi nəzərdən keçirir. Proqramın insanlara işlə təmin olunma, biznes, iqtisadi və sosial faydaların təmin edilməsi məqsədilə rəqəmsal innovasiyalar üçün daha çox imkanlar təqdim edəcəyi gözlənilir.

0.069569826126099