Azərbaycan millisi Avropa Kubokunu dördüncü pillədə başa vurub

Cüdo üzrə Azərbaycan komandası Çexiyanın paytaxtı Praqada keçirilən Açıq Avropa Kubokunun ümumi hesabında 4-cü yeri tutub.

hakimiyyet.az xəbər verir ki, idmançılarımız yarışda üç medal qazanıblar.

Rəşid Elkiyev (66 kq) turnirin qalibi, Hüseyn Allahyarov (60 kq) və Camal Həmzətxanov (+100 kq) isə gümüş mükafatçı olub. Yekun nəticədə Azərbaycan millisi İtaliya, Ukrayna, İsrail, Kanada və bir çox başqa ölkələri qabaqlayıb.

Birinci yerdə Fransa (6-4-6) qərarlaşıb, Almaniya ikinci (2-0-3), Niderland isə üçüncü (1-3-4) olub.

0.1649341583252