Culian Assanj: "Mümkün olmayan ədalət əvəzinə azadlığı seçdim"

"WikiLeaks"in qurucusu Culian Assanj bildirib ki, özünü qismən təqsirli bildikdən sonra azadlığa buraxılmasının şərtlərindən biri onun hökmə etiraz etmək üçün Avropa İnsan Haqları Məhkəməsinə iddia qaldırmamasıdır.

hakimiyyet.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

"Nəticədə, mən illərlə həbsdə qalmağı və real müdafiə mexanizmləri olmadan 175 il həbs cəzası təhlükəsini nəzərə alaraq, mümkün olmayan ədalət əvəzinə azadlığı seçdim. ABŞ razılaşmaya mənim Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyimi və ya işim barədə məlumat tələb etməyimi qadağan edən şərtin daxil edilməsində təkid etdi", - deyə Assanj Avropa Şurası Parlament Assambleyasının komitəsi qarşısında çıxışında bildirib.

Assanj vurğulayıb ki, onun azad edilməsi hüquqi müdafiə mexanizmlərinin səmərəsiz olması səbəbindən fəalların və siyasətçilərin dəstəyi sayəsində mümkün olub.

Qeyd edək ki, Culian Assanj 24 iyun 2024-cü ildə ABŞ hakimiyyəti ilə sövdələşmədən sonra Britaniya həbsxanasından azad edilib. O, ABŞ-nin milli təhlükəsizliyi ilə bağlı məlumatların əldə edilməsi və açıqlanması məqsədilə sui-qəsddə təqsirli olduğunu etiraf edib. Assanj artıq həbsdə keçirdiyi beş il cəzasına məhkum edilib. O, ABŞ-nin nəzarətində olan Saypan adasında məhkəmə dinləməsindən sonra birbaşa məhkəmə zalından azad edilib.

0.05101203918457