Bakıda sifariş olunan məhsul iyrəndirdi: "İçindən milçək çıxdı"

Bakı şəhər sakini "Qutab Food" restoranından sifariş etdiyi məhsuldan milçək çıxdığını iddia edib.

O bu barədə hakimiyyet.az-a şikayət ünvanlayaraq qeyd edib ki, ilk dəfədir, belə vəziyyətlə qarşılaşıb:

"Oktyabrın 2-si saat 02:11-də tətbiq vasitəsilə sözügedən restorandan beş ədəd qutab sifariş etmişəm. Təəssüf ki, aldığım məhsulun içindən milçək çıxdı. Tətbiq vasitəsilə indiyədək 100-ə yaxın sifarişim olub, ilk dəfədir ki, belə bir iyrənc vəziyyətlə qarşılaşıram".

Məsələ ilə bağlı hakimiyyet.az "Qutab Food" restoranı ilə əlaqə saxlayıb.

Restorandan cavab olaraq bildirilib ki, qeyd olunan məsələdən xəbərdardırlar və vətəndaşın ödənişi geri qaytarılıb:

"Birinci dəfədir, belə hal ilə qarşılaşırıq. Vətəndaş şəkilləri bizə də göndərib. O şəkildə heç nə aydın deyil, deyir ki, içində olan milçəkdir. Lakin yenə də vətəndaşın narazı qalmaması üçün ödənişini geri qaytardıq".

Aygün Mirakif

0.048376083374023