Azərbaycanda general-mayor rütbəsindən məhrum edildi, "Vətən uğrunda" medalı alındı

Prezident İlham Əliyev Tofiq Həsənovun ali xüsusi rütbədən və dövlət təltifindən məhrum edilməsi haqqında Sərəncam imzalayıb.

hakimiyyet.az bildirir ki, bu barədə President.az xəbər yayıb.

Sərəncamla Tofiq Etibar oğlu Həsənovun ağır cinayətlər törətdiyinə görə məhkum olunması barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatı əsas götürülərək o, ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və "Vətən uğrunda" medalından məhrum edilir.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

0.087868928909302