Ermənistan rəsmisi Birləşmiş Ştatların kəşfiyyat xidmətinin rəhbərlərindən biri ilə görüşüb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Priorla görüşüb.

hakimiyyet.az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verib.

Təhlükəsizlik Şurasının katibi Ermənistan və ABŞ arasında sıx əməkdaşlıq nəticəsində qurulan qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirib.

Tərəflər gündəmdə olan bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Hər iki ölkənin rəsmi nümayəndəsi regional təhlükəsizlik vəziyyətini müzakirə edib və regiondankənar təhlükəsizlik mühiti ilə bağlı bəzi məsələlərə toxunublar.

0.094938993453979