Kerem Aktürkoğlu sabiq "Qalatasaray"lıların avrokuboklardakı göstəricilərini təkrarlayıb

Portuqaliyanın "Benfika" klubuna transfer olan Kerem Aktürkoğlu UEFA Çempionlar Liqasında vurduğu qollarla Arda Turan və Ümit Karanın göstəricilərini təkrarlayıb.

hakimiyyet.az xəbər verir ki, o, "Benfika" forması ilə UEFA Çempionlar Liqası tarixində Ümit Karan (2001, "Qalatasaray") və Arda Turandan (2013, "Atletiko Madrid") sonra bir komanda forması ilə iki oyunda qol vuran üçüncü türkiyəli futbolçu adına yiyələnib.

Qeyd edək ki, Kerem Aktürkoğlu bu mövsüm "Qalatasaray" klubundan transfer olunub.

0.10120987892151