Futbol üzrə dünya çempionunun diskvalifikasiya müddəti azaldılıb

Futbol üzrə 2018-ci il dünya çempionatının qalibi olan Pol Poqbanın cəzası 18 aya endirilib.

hakimiyyet.az "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, bununla da yarımmüdafiəçi 2025-ci ilin martında yaşıl meydanlara qayıda biləcək.

Qeyd edək ki, Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilmişdi. 2023-cü il sentyabrın 11-də, A Seriyasının I turunda "Udineze" ilə matçdan sonra Poqbanın dopinq testi müsbət nəticələnib. Onda testosteronun səviyyəsi yüksək olub.

0.073122978210449