İsrailin keçmiş baş naziri Naftali Bennet bu gün bəyan edib ki, qalan vaxt ərzində İranı devirmək üçün nüvə obyektlərini, hökumətin rəhbərlərini və Tehranın əsas iqtisadi maraqlarını hədəf almaq lazımdır.
hakimiyyet.az xəbər verir ki, sabiq nazir "X" hesabında paylaşım edərək ABŞ Prezidenti Co Baydenin İsraildən İranın nüvə obyektlərinə hücum etməməsi istəyini tənqid edib.
O vurğulayıb ki, İran 30 ildən artıqdır İsraili hədəf alır. HƏMAS, "Hizbullah" və "İslami Cihad" da daxil olmaqla, öz proksiləri ilə İsraili əhatə edib.
"İsrail İranın nüvə obyektlərinə və İslam Respublikasının rəhbərlərinə hücum etməli, İran hökumətinin əsas iqtisadi maraqlarını hədəf almalı və onları iflic vəziyyətinə salmalıdır" , - deyə Naftali Bennet qeyd edib.