Vətən müharibəsi iştirakçısı faciəli şəkildə öldü

Lənkəranda 31 yaşlı kişi iş yerində ölüb.

Bizim.Media xəbər verir ki, hadisə Lənkəran rayonunun Bəlləbur kəndində baş verib.

Belə ki, kənd sakini 31yaşlı Elgün Rza oğlu Rzazadə işlədiyi sexdə yıxılıb. O, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Mərhum Vətən müharibəsi iştirakçısı olub və Şuşa döyüşlərində iştirak edib.

Faktla bağlı araşdırma aparılır.

0.057301998138428