İsrail "Hizbullah"ın təminatına rəhbərlik edən şəxsin öldürüldüyünü açıqlayıb

İsrail Müdafiə Ordusu (SAXAL) "Hizbullah"ın Beyrutda yerləşən qərargahına rəhbərlik edən komandirin öldürüldüyünü açıqlayıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə SAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, öldürülən şəxs "Hizbullah"ın qərargahına rəhbərlik edən Süheyl Hüseyn Hüseynidir.

İsrail tərəfi iddia edir ki, Süheyl Hüseyn Hüseyni İrandan maddi-texniki təchizat və silah tədarükünə, həmçinin "Hizbullah" bölmələrinə silah paylanmasına cavabdehlik daşıyıb.

0.068081140518188