Yer kürəsində güclü maqnit qasırğası başladı

Yer kürəsində, proqnozların əksinə olaraq, güclü maqnit qasırğası başlayıb.

hakimiyyet.az-ın xəbərinə görə, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus özünün "Telegram" kanalında məlumat verib.

"Çərşənbə axşamı (8 oktyabr) səhər erkən saatlarda, Moskva vaxtı ilə 5:42-dən sonra geomaqnit sahəsində dalğalanmalar G3 sinifli güclü maqnit qasırğası səviyyəsinə çatıb. Və bu, yenə də proqnozların əksinə olaraq baş verdi", - deyə mütəxəssis yazıb.

Leus qeyd edib ki, maqnit qasırğası hələ ötən gün günortadan sonra başlayıb. O zaman qasırğa G2 sinfinə çatıb.

"Sinoptiklərin proqnozlarına görə, oktyabrın 8-də səhər saatlarında qasırğa G1 sinfinə keçməli, günorta isə tamamilə dayanmalı idi. Bununla belə, Yerin maqnitosferi, əksinə, güclənib", - deyə mütəxəssis vurğulayıb.

Onun sözlərinə görə, indi maqnit qasırğasının sonrakı davranışını proqnozlaşdırmaq çətindir. Bununla belə, Leus ehtimal edir ki, dalğalanma qısamüddətli olacaq və yaxın saatlarda azalmağa başlayacaq.

0.1066460609436