Təsadüfən dizel mühərrikinə benzin tökülərsə, bunun avtomobilə ziyanı varmı və zərəri minimuma endirmək üçün nə etmək lazımdır?
hakimiyyet.az-ın "Izvestiya"ya istinadla verdiyi məlumata görə, rusiyalı avtomobil eksperti Nikita Rodionov bununla bağlı sürücülərə öz tövsiyələrini verib.
O bildirib ki, sözügedən səhv zamanı hadisələr üç ssenari üzrə davam edə bilər. Birinci variant, benzinin sadəcə yanacaqdoldurma məntəqəsində doldurulub, lakin mühərrik işə salınmayıb; ikinci - mühərrik bir müddət işləyib; üçüncü - avtomobil benzin və dizel qarışığı ilə hərəkət edib.
Ssenari 1: Benzin tökülüb, lakin mühərrik işə salınmayıb
Bu ən əlverişli variantdır. Əgər səhv vaxtında fərq edilibsə və alışdırma yandırılmayıbsa, dərhal evakuator çağırmaq və avtomobili servisə çatdırmaq lazımdır. Burada mütəxəssislər yanacağı boşaldacaq, çəni yuyacaq və dizel dolduracaqlar. Beləliklə ciddi nəticələrdən qaçmaq mümkün olacaq.
Ssenari 2: Mühərrik bir müddət benzinlə işləyib
Əgər mühərrik artıq işə salınıbsa, maksimum sürətlə hərəkət etmək lazımdır. Benzini boşaldın, sistemi xüsusi maye ilə yuyun və yanacaq filtrini dəyişdirin. Ehtimal var ki, qısa müddətli işləmə zamanı hissələr sıradan çıxmağa macal tapmayıb. Lakin gələcəkdə mümkün problemlərə hazır olmaq lazımdır.
Ssenari 3: Avtomobil benzin və dizel qarışığı ilə hərəkət edib
Bu ən pis variantdır. Dizel yanacağı benzində olmayan yağlayıcı xüsusiyyətlərə malikdir. Buna görə də dizel mühərriki uyğun olmayan yanacaqla işlədikdə yanacaq sisteminin komponentlərinin: yüksəktəzyiqli yanacaq nasosunun, forsunkaların bərk aşınması baş verir. Onlar isə çox bahalı komponentlərdir.
Ekspert vurğulayıb ki, avtomobil istehsalçısının qaydalarında göstərilir ki, dizel mühərrikinə benzin doldurulduqda yanacaq sisteminin bütün komponentlərini - forsunkaları, yanacaq borularını və filtri dəyişdirmək lazımdır.