"Yuventus" klubunun baş direktoru Pol Poqbanın gələcəyini açıqladı

"Yuventus"un baş direktoru Mauritsio Skanavino yarımmüdafiəçi Pol Poqbanın klubdan ayrılacağını təsdiqləyib.

hakimiyyet.az xəbər verir ki, klubun baş direktoru məsələ ilə bağlı açıqlamasında fransalı futbolçunun yanvar ayında komanda ilə yollarını ayıracağını bildirib.

Qeyd edək ki, Pol Poqbanın 2023-cü il sentyabrın 11-də A Seriyasının I turunda "Udineze" ilə matçdan sonra dopinq testi müsbət nəticələnib. Futbolçu məhz bu səbəbdən 4 il müddətinə diskvalifikasiya edilmişdi. Daha sonra isə Poqbanın cəzası 18 aya endirilmişdi.

0.04543399810791