Dörd qolun vurulduğu oyunda millimiz Estoniyaya məğlub oldu

Millətlər Liqasının 3-cü turunda Azərbaycan millisi ilə Estoniya seçməsi arasındakı qarşılaşma başa çatıb.

hakimiyyet.az xəbər verir ki, milli komandamız Estoniya seçməsinə məğlub olub - 3:1.

Dörd qolun vurulduğu oyunda millimiz Estoniyaya məğlub oldu

Dörd qolun vurulduğu oyunda millimiz Estoniyaya məğlub oldu

Millətlər Liqasının 3-cü turunda Azərbaycan millisi ilə Estoniya seçməsi arasındakı qarşılaşmada hesab dəyişib.

hakimiyyet.az xəbər verir ki, 71-ci dəqiqə estoniyalı oyunçu Robert Şeyn fərqi artırıb - 3:1.

Millətlər Liqasının 3-cü turunda Azərbaycan millisi ilə Estoniya seçməsi arasındakı qarşılaşmada hesab dəyişib.

hakimiyyet.az xəbər verir ki, 45-ci dəqiqə millimizin oyunçusu Toral Bayramov hesabı bərabərləşdirə bilsə də, sevincimiz cəmi 2 dəqiqə çəkib. 45+2-ci dəqiqədə Estoniya millisinin heyətində Vlasiy Sinyavski yenidən komandasını hesabda önə çıxarıb - 2:1.

Millətlər Liqasının 3-cü turunda Azərbaycan millisi ilə Estoniya seçməsi arasındakı qarşılaşmada hesab açılıb.

hakimiyyet.az xəbər verir ki, 32-ci dəqiqə Estoniya millisinin heyətində İoan Yakovlev fərqlənib - 1:0.

Futbol üzrə Azərbaycan millisi bu gün Millətlər Liqasının 3-cü turunda Estoniya seçməsi ilə qarşılaşır.

hakimiyyet.az xəbər verir ki, Tallin şəhərindəki "A.Le Koq Arena"da təşkil olunan oyun başlayıb.

Bu gün UEFA Millətlər Liqasında üz-üzə gələcək Estoniya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

Milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Estoniya: Karl Yakob Heyn, Mihael Şyonninq-Larsen, Mattias Kayt, Rokko Robert Şeyn, Henri Anyer, Mihkel Aynsalu, Maksim Paskotsi, İoan Yakovlev, Yoonas Tamm, Karol Mets, Vlasiy Sinyavski.

Azərbaycan: Mehdi Cənnətov, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Coşqun Diniyev, Renat Dadaşov, Ramil Şeydayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Toral Bayramov, Aleksey İsaev, Abbas Hüseynov.

Qeyd edək ki, Tallin şəhərindəki "A.Le Koq Arena"da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Futbol üzrə Azərbaycan millisi bu gün Millətlər Liqasının 3-cü turunda Estoniya seçməsi ilə qarşılaşacaq.

hakimiyyet.az xəbər verir ki, ikinci oyun günündə səkkiz görüş keçiriləcək.

Bosniya və Herseqovina Almaniya ilə, Macarıstan Niderlandla, Çexiya Albaniya ilə, İslandiya Uelslə, Türkiyə Monteneqro ilə, Ukrayna Gürcüstanla, Estoniya Azərbaycanla, Slovakiya isə İsveçlə üz-üzə gələcək.

Qeyd edək ki, Estoniya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Digər matçlar isə saat 22:45-də keçiriləcək.

11 oktyabr

UEFA Millətlər Liqası

Saat 20:00, Estoniya - Azərbaycan;

Saat 22:45, Bosniya və Herseqovina - Almaniya;

Saat 22:45, Macarıstan - Niderland;

Saat 22:45, Çexiya - Albaniya;

Saat 22:45, İslandiya - Uels;

Saat 22:45, Türkiyə - Monteneqro;

Saat 22:45, Ukrayna - Gürcüstan;

Saat 22:45, Slovakiya - İsveç.

0.040221929550171