Aİ ölkəsi ilk dəfə bir qrup rusiyalı fərariyə giriş vizası verib

Avropa İttifaqı ölkəsi ilk dəfə bir qrup rusiyalı fərariyə giriş vizası verib.

hakimiyyet.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Hansı ölkənin bunu etdiyi açıqlanmasa da, söhbətin altı fəraridən getdiyi, onların arasında kadr zabitlərinin və səfərbər edilmiş şəxslərin olduğu deyilir.

Ukrayna ilə müharibə başlayandan sonra onlar xidməti icazəsiz tərk edərək Qazaxıstana gediblər. 2024-cü ilin yazında onlara Avropaya viza verilib və oktyabr ayına qədər Fransaya çataraq, burada sığınacaq istəyiblər.

Nəşr müəyyən edib ki, rusiyalı fərarilərə qazaxıstanlı hüquq müdafiəçisi və fəallar kömək ediblər. Onların tarixçəsini verifikasiya edib, hərbi cinayətlərdə iştirakını yoxlayıblar. Avropada isə rus hüquq müdafiəçiləri artıq yerli hakimiyyət orqanlarını fərarilərə giriş sənədləri verməyə razı salıblar.

Hesablamalara görə, Ermənistan və Qazaxıstanda yüzlərlə rusiyalı fərari var və hər iki ölkə təhlükəsiz hesab edilmir.

0.17947292327881