ABŞ-ni bürüyən Milton qasırğası sübut edir ki, insanların iqlimə təsiri daha da artıb.
hakimiyyet.az xəbər verir ki, alimlərin belə bir açıqlamasını "Financial Times" nəşri yayıb.
Beynəlxalq alimlər qrupu bu həftə Floridada baş verən və milyonlarla insanı işıqsız qoyan dağıdıcı qasırğanın insanların səbəb olduğu iqlim dəyişikliyi ilə daha da şiddətləndiyi qənaətinə gəliblər.
Mütəxəssislərin fikrincə, antropogen təsir nəticəsində yaranan qlobal istiləşmə küləyin 10%, yağıntıların isə üçdə bir dərəcəsində artmasına səbəb olub.