Azərbaycan Kuboku: "Səbail"in rəqibi bəlli olur

Bu gün futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq.

hakimiyyet.az xəbər verir ki, günün yeganə matçında II Liqa təmsilçiləri - "Dinamo" və "Füzuli" komandaları üz-üzə gələcəklər.

"Neftçi" Futbol Mərkəzində reallaşacaq qarşılaşma saat 13:30-da başlayacaq. Qalib komanda II təsnifat mərhələsində "Səbail"ə rəqib olacaq.

Qeyd edək ki, daha əvvəl "Şahdağ Qusar" "Kür-Araz"ı (3:1), "Şəfa" "Saatlı-Araz"ı (2:0), "Şəmkir" "Şəki City"ni (1:0), "Ağdaş" "Lerik"i (4:0), "Şimal" "Qusar"ı (4:1), "Hypers Guba" "Göygöl"ü (3:2) məğlub edərək növbəti raunda yüksəlib.

Azərbaycan Kuboku

14 oktyabr

"Dinamo" - "Füzuli"

Saat 13:30, Neftçi Futbol Mərkəzi.

0.043540954589844