Meksikanın Xalisko ştatında Milli Qvardiya əməkdaşları yolda başsız insan cəsədləri və qurbanların başlarını aşkar ediblər.
hakimiyyet.az-ın məlumatına görə, bu barədə yerli prokurorluq məlumat yayıb.
Bildirilir ki, Laqos-de-Moreno şəhərindən San-Luis-Potosiyə gedən yolda tapılan beş kişi cəsədi qara polietilen torbalarda olub.
Həmçinin polis qurbanların başlarının olduğu bir torba tapıb. Onların yaşı hələ müəyyən edilməyib.
Qeyd edək ki, Xaliskoda narkotik kartellərinin və təhlükəsizlik qüvvələrinin iştirakı ilə küçə toqquşmaları və vandalizm aktları bir aydan çoxdur davam edir. Bu hadisələr Meksikalı narkotik alverçisi Xoakin Qusmanın oğlu Xoakin Qusman Lopesin və ən böyük Meksika narkotik kartelinin həmtəsisçisi 76 yaşlı İsmael Sambada Qarsiyanın ABŞ-də həbsindən sonra başlayıb.