Honkonqun (Çin) mərkəzində zoologiya və botanika bağlarında müəmmalı hadisə baş verib. Zooparkın işçiləri nadir və ekzotik cinslər də daxil olmaqla müxtəlif növlərdən olan səkkiz ölü meymun aşkar ediblər.
hakimiyyet.az-ın verdiyi məlumata görə, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.
Bildirilir ki, ölən heyvanlar arasında De-Brazza meymunu, adi sincab meymunu, üç tamarin və üç ağüzlü saki meymunu var.
Honkonq hökuməti heyvanların ölüm səbəblərini müəyyən etmək üçün dərhal ekspertiza və laboratoriya testləri təşkil edib.
Testlərin nəticələri gözlənilən müddətdə zooparkın məməlilər bölməsi dezinfeksiya və təmizlik işləri aparmaq üçün bağlanıb.
Honkonqda zooparkda nadir meymun növləri müəmmalı şəkildə ölüb
Honkonqda zooparkda nadir meymun növləri müəmmalı şəkildə ölüb