Azərbaycan hökuməti ilə BMT-nin İqlim Katibliyi arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan hökuməti ilə BMT-nin İqlim Katibliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə COP29-un "X" hesabında paylaşım edilib.

Memorandum Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində imzalanıb.

Sənəd həm COP29 məkanında, həm də onun hüdudlarından kənarda təhlükəsizlik sahəsində əməkdaşlığın prinsipləri və strukturunu əks etdirir.

0.08574104309082