"Sabunçu rayonu, Zabrat qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi bu gün saat 11:30-da qeydə alınıb".
Bunu hakimiyyet.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib.
O bildirib ki, hadisə nəticəsində piyada xəsarət alıb:
"Yol-nəqliyyat hadisəsi Babək küçəsində qeydə alınıb. Belə ki, "IVECO" markalı 77-JP-921 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi piyadanı vurub. Hadisə nəticəsində piyada Məxmər Rüstəmova xəsarət alıb".
Əzizə İsmayılova
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
hakimiyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qəza səbəbindən hazırda Heydər Əliyev prospekti istiqamətində sıxlıq yaranıb.
Sıxlığın aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.