Gədəbəydə meyiti tapılan şəxslə bağlı istintaqa çağrıldılar - Həbs olundular

Gədəbəydə yarğanda tapılan kişi meyiti ilə bağlı dindirilən şəxslər həbs ediliblər.

"Qaynarinfo"nun məlumatına görə, oktyabr ayının 9-da rayonun İnəkboğan kənd sakini, 1980-ci il təvəllüdlü Araz İsa oğlu Qasımovun meyiti çay kənarında tapılıb.

Kənddən keçən İnəkboğan çayının yarğanından tapılan meyitin üzərində xəsarətlərin olması müəyyənləşib.

Araz Qasımovun ölümü ilə bağlı əməliyyat-istintaq marağı kəsb edən kənd sakinləri - 1983-cü il təvəllüdlü T.İ. və 1974-cü il təvəllüdlü C.İ. Gədəbəy Rayon Polis şöbəsinə dəvət olunub. Lakin onlar qanunun tələblərini anlamadan, polis əməkdaşlarının çağırışına etiraz əlaməti olaraq polis şöbəsində səs-küy salıblar.

Məhkəmənin qərarı ilə hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə həbs ediliblər.

0.33944988250732