Meksika sahillərində güclü zəlzələ

Meksika sahillərində 5.9 bal gücündə zəlzələ qeydə alınıb.

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanların episentri 160 minə yaxın sakinin yaşadığı Mansanilyo şəhərindən 279 kilometr cənub-qərbdə olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

0.080050945281982