Qurbanovların şad günündən FOTOLAR

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Abbas Hüseynovun toyundan görüntülər yayılıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə fotolar sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, A.Hüseynov məşqçisi Qurban Qurbanovun qardaşı, veteran futbolçu Musa Qurbanovun qızı ilə ailə həyatı qurub.

Toy Bakıdakı restoranların birində təşkil olunub.

Qurbanovların şad günündə ailənin yaxınları, idman ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.

Qonaqlar arasında Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev də olub.

Fotoları təqdim edirik:

Futbol üzrə milli komandamızın Estoniya ilə son səfər oyununda kapitanı olmuş "Qarabağ"ın müdafiəçisi Abbas Hüseynov bu gün ailə həyatı qurur.

Sports.az xəbər verir ki, tanınmış futbolçu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun böyük qardaşı Musa Qurbanovun qızı ilə izdivaca girir.

Qeyd edək ki, "İnter"dəki çıxışları ilə tanınan Abbas Hüseynov Gəncədə doğulub.

Musa Qurbanov isə əslən Zaqatala rayonundandır və 1993/94 mövsümündə Azərbaycan çempionatının bombardiri kimi adını futbol tariximizə yazdırıb.

0.041165113449097