NATO-nun baş katibi Avropada təhlükəsizliyə zərər verən ölkələrin adını açıqlayıb

"İran, Çin və Şimali Koreya Avropada təhlükəsizliyə ziyan vurur".

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, bunu alyansın müdafiə nazirlərinin toplantısının ilk günündən sonra keçirilən mətbuat konfransında NATO-nun baş katibi Mark Rütte deyib.

"Biz görürük ki, Avropadakı münaqişə dünyanın ən ucqar guşələrində hiss olunan nəticələrə səbəb ola bilər. Çin, İran və Şimali Koreya bizim təhlükəsizliyimizə xələl gətirən ölkələrə çevrilib" , - o bildirib.

Rütte əlavə edib ki, buna görə də NATO-nun müdafiə nazirlərinin görüşündə Ukraynadakı vəziyyətlə bağlı müzakirədə iştirak edən Asiya-Sakit okean regionu ölkələri: Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya iştirak edir.

0.07402491569519