Balakəndə yanıq xəsarətləri alan 34 yaşlı kişi ölüb.
hakimiyyet.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Balakən rayonu Xalatala kənd sakini Ramazan Məhəmməd oğlu Qarayev evdə tək olduğu zaman qaldığı otaqda ocaq yandırıb və yanıq xəsarətləri alıb.
Xəstəxanaya yerləşdirilən R.Qarayev aldığı xəsarətlər səbəbindən dünən xəstəxanada ölüb.
Məlumata görə, R.Qarayevin psixoloji problemləri olub.
Samir İsayev