Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

Milli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib.

O bildirib ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür:

"Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin".

Deputatlar sədrin təklifini alqışlarla qarşılayıblar.

0.046058893203735