Hakan Fidan: "Cənubi Qafqazın problemlərini bölgə ölkələrinin özləri həll etməlidirlər"

"Cənubi Qafqazın problemlərini bölgə ölkələrinin özlərinin həll edə biləcəyinə inanırıq".

hakimiyyet.az xəbər verir ki, bunu İstanbulda keçirilən "3+3" əməkdaşlıq platformasının üçüncü iclasında Türkiyənin XİN rəhbəri Hakan Fidan bildirib.

H.Fidan əlavə edib ki, İkinci Qarabağ müharibəsində atəşkəsi təmin edən 10 noyabr 2020-ci ildə sənədin imzalanmasından sonra yaradılan "3+3" platforması Cənubi Qafqazda baş verən proseslərin müzakirə edilməsi üçün zəmin yaradır.

Türkiyə XİN rəhbərinin başçısı vurğulayıb ki, platformanın adı "3+3" olsa da, təəssüf ki, iclasda bir ölkə iştirak etmir:

"Bir daha vurğulamaq istəyirəm ki, bu platforma yaxın qonşumuz və dostumuz Gürcüstanın üzünə həmişə açıqdır, o, istədiyi vaxt bu platformaya qoşula bilər".

Hakan Fidan: "Cənubi Qafqazın problemlərini bölgə ölkələrinin özləri həll etməlidirlər"

Hakan Fidan: "Cənubi Qafqazın problemlərini bölgə ölkələrinin özləri həll etməlidirlər"

0.077425956726074