Ərdoğan "3+3" platforması çərçivəsində dörd ölkənin XİN başçılarını qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "3+3" regional platforması üzrə növbəti toplantı çərçivəsində dörd ölkənin xarici işlər nazirlərini qəbul edib.

hakimiyyet.az "AHaber"ə istinadən xəbər verir ki, görüş Dolmabağça sarayında baş tutub.

Qəbulda Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov, İranın Xarici işlər naziri Abbas Əraqçı və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iştirak ediblər.

Görüş mətbuata qapalı keçirilib.

0.046257972717285