"Mançester Siti" Qvardiola üçün əvəzedici axtarır?

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi, müqaviləsi 2025-ci ilin yayında başa çatacaq Pep Qvardiola əmindir ki, klub ona əvəzedici axtarır.

hakimiyyet.az xəbər verir ki, bu barədə euro-football.ru məlumat verib.

"Klub qərarımı nə vaxt verəcəyimi məndən soruşmayıb. Amma demək olar tam əminəm ki, "Mançester Siti" mənim gedəcəyim təqdirdə mənim üçün əvəzedici axtarır. Gec-tez bu baş verəcək. Klub hazır olmalıdır", - P.Qvardiola bildirib.

Xatırladaq ki, Pep Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır. O, əvvəllər "Barselona" (2008-2012) və "Bavariya"da (2012-2016) çalışıb.

0.048881053924561