"Chery" uçan avtomobilini təqdim etdi

"Chery" uçan pilotsuz avtomobilin prototipini təqdim edib.

hakimiyyet.az xəbər verir ki, bu barədə "Car News China" nəşri bildirib.

Çində keçirilən innovasiya konfransında "Chery" şaquli şəkildə havaya qalxan və enən "Land and Air Vehicle"ı nümayiş etdirib. Prototip hələ hazırlıq mərhələsində olsa da, sınaq uçuşu zamanı artıq 80 km uça bilib.

Maşın üç hissədən ibarətdir - vintli konstruksiya, kabinə və şassi. Cihaz tamamilə avtonom olduğundan kabinədə idarəetmə yoxdur.

Quru və hava vasitələri, adından da göründüyü kimi, həm quruda, həm də havada hərəkət edə bilir. Məsələn, tıxac yaranarsa, cihaz onun yanından uçub keçə və yolun boş hissəsinə enə bilər. O, VTOL kateqoriyasına aiddir - yəni şaquli olaraq qalxıb enə bilir.

Avtomobilin kabinəsində iki nəfər əyləşə bilər. Maksimum uçuş hündürlüyü bir kilometr, sürəti saatda 120 km-dir. Avtomobil təxminən 40 dəqiqə havada qala bilir.

Hava nəqliyyatının hazırlanması Çinin "Xpeng", "GAC", "SAIC" və "Geely" şirkətlərin tərəfindən həyata keçirilir.

Digər qlobal avtomobil nəhəngləri də bu istiqamətə sərmayə qoyurlar. Məsələn, "Toyota" bu yaxınlarda ABŞ-nin hava taksiləri üzrə ixtisaslaşan "Joby Aviation" şirkətinə sərmayə qoyub.

0.051782846450806