Azərbaycan Premyer Liqası: Bu gün X turun daha iki görüşü baş tutacaq

Azərbaycan Premyer Liqasında bu gün X turun daha iki görüşü baş tutacaq.

hakimiyyet.az xəbər verir ki, əvvəlcə "Şamaxı" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək.

Şamaxı şəhər stadionunda saat 15:30-da başlayacaq qarşılaşmanı Fərid Hacıyev idarə edəcək. Bölgənin eyniadlı təmsilçisi hazırda 12 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. Üçüncü yerdə olan Naxçıvan komandasının 17 xalı var.

"Səbail" komandası səfərdə "Neftçi"nin qonağı olacaq. "Neftçi" Arena"da saat 18:00-da keçiriləcək görüşün baş hakimi Rauf Cabarov olacaq. "Səbail" 7 xalla yeddinci yerdə qərarlaşıbsa, doqquzuncu pillədə olan Samir Abasovun komandası 5 xala malikdir.

Azərbaycan Premyer Liqası

II dövrə, X tur

19 oktyabr

15:30. "Şamaxı" - "Araz-Naxçıvan"

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Şamaxı şəhər stadionu.

18:00. "Neftçi" - "Səbail"

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Seymur Səlimli.

"Neftçi Arena".

Qeyd edək ki, turun ötən gün baş tutan "Kəpəz" - "Qarabağ" görüşündə Ağdam təmsilçisi böyükhesablı qələbə qazanıb - 5:0.

0.10875105857849