Vüqar Mustafayev Qırğızıstan səfiri ilə görüşüb

Bakıda Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovla Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev arasında görüş keçirilib.

hakimiyyet.az-ın məlumatına görə, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər iki ölkə arasında müdafiə sənayesi sahəsində mövcud əməkdaşlığı və bu istiqamətdə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Həmçinin Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tərəfindən hər iki ildən bir Bakıda keçirilən Beynəlxalq Müdafiə Sərgisi (ADEX) barədə fikir mübadiləsi aparılıb.

0.068927049636841