18 aylıq körpə ağır yanıq xəsarətləri alıb.
Bu barədə hakimiyyet.az-a onun anası Səmədli Gülanə məlumat verib.
O bildirib ki, hadisə bir neçə gün əvvəl ehtiyatsızlıqdan baş verib:
"İki övladım var. Yoldaşım da, özüm də fəhlə işləyirik. Başqalarının həyətlərində iş olduqda bizi çağırırlar. Həmin gün də qonşu məni həyətində iş görməyə çağırdı. Bu zaman Nilay əlini atıb çaydanı özünə tərəf dartıb. O, üçüncü dərəcəli yanıq xəsarətləri alıb. Hazırda Bakıda xəstəxanaların birində müalicə alırıq. Pulumuz olmadığı üçün müalicəni yarımçıq dayandırıb evə qayıtdıq. Balamın vəziyyəti ağırdır. Bütün günü ağlayır. Yanan yerləri onu çox incidir. Dözə bilmir ağrılara, bütün günü qışqırır. Qızım əməliyyat olunmalıdır. Amma biz dərmanlar almağa pul tapmırıq. Xalqımızdan xahiş edirəm bizə əl uzatsınlar. Mənim balama kömək etməyə gücüm çatmır, bəlkə onlar bir əlac edələr bizim yaramıza. Hazırda ilkin əməliyyat xərcləri və müalicə üçün 1500 manat pula ehtiyacımız var. Onun 510 manatı toplanıb. Yalvarıram qalan məbləği toplamaq üçün bizə kömək etsinlər".
Əlaqə nömrəsi: 0702281789